image-3333backend

Nikol Paşinyanın müəmmalı Qazaxıstan səfəri: Paşinyanın istəyi nədir?

image-reklam_sirab_01

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qazaxıstana səfərə gedib. Vətəninfo.az xəbər verir ki, Paşinyanın Qazaxıstana səfərini erməni mediası müəmmalı səfər adlandırıb. Erməni mediasının iddiasına görə Paşinyanın bu səfəri planlaşdırlmayıb.

“Nikol Paşinyan Rusiyadan istədiyi dəstəyi ala bilmir. Çünki iki gün öncə Vladimir Putinlə danışıqdan sonra Paşinyan anladı ki, o körpüləri yandırıb. Rusiya Paşinyanın onlara xəyanət etdiyini artıq gec də olsa anladı. İndi Paşinyan Qazaxıstana getməklə vasitəçi missiyasından istifadə etmək istəyir – “Hraparaq” nəşri yazıb.

Qeyd edək ki,  Nikol Paşinyanı səfərdə baş nazirin müavini Mher Qriqoryan, iqtisadiyyat naziri Vahan Kerobyan, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, iqtisadiyyat nazirinin müavini Narek Teryan, iqtisadi işlər nazirinin müavini Hakob Vardansador müşaiyət edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki