Vətəninfo.az xəbər verir ki, bunu səyyah-jurnalist Azər Qərib “Söhbətgah” podkastına müsahibəsində bildirib.
O, Azərbaycanla müqayisədə turistlərin daha çox Gürcüstana üz tutmasının səbəblərini izah edib:
“PR məsələsi də var. Gürcüstan xristian ölkəsidir, Qərbə yaxındır. Açığı, şişirdilmiş kimi qəbul edirəm oranın turizmini. Mətbəximiz də onlardan üstündür, Bakı da Tiflisdən daha işıqlı və gözəl şəhərdir.
Xidmət onlarda sıfırdır. Doğrudur, Xəzər dənizinin imici çimərlik kimi yaxşı deyil. Gürcü xalqını da, mədəniyyətini də, musiqisini də sevirəm. Amma müqayisə edəndə turizm nöqteyi-nəzərindən qat-qat üstünük”.


























