image-2backend

“Norm” MMC və “Holcim” MMC daxili bazarda necə monopoliya yaradıb? -SENSASİON FAKTLAR

image-reklam_sirab_01

Azərbaycanın iki əsas sement istehsalçısı olan “Norm” MMC və “Holcim” MMC daxili bazarda istədiklərini etməkdədirlər. Sement bazarında vəziyyət olduqca dözülməzdir. Çünki bu iki şirkət bu sahədə rəqabət mühitini pozur. Bu necə baş verir? Vaxtilə Ukraynadan, İrandan ölkəmizə sement gətirilirdi. Sözsüz ki, bu da bazarda rəqabət yaradırdı. “Norm” MMC və “Holcim” MMC daxili bazarı ələ keçirtmək üçün qısa zaman ərzində qiymətləri süni şəkildə aşağı saldı. Xarici ölkələrdən sement gətirən sahibkarlar bir anda müflis oldular. Bundan sonra “Norm” MMC və “Holcim” MMC daxili bazara nəzarəti tam ələ keçirtdilər. İndi necə deyərlər hər kəs “Norm” MMC və “Holcim” MMC  sifariş etdiyi mahnıya oynamağa məhkumdur.

Həmçinin bu iki şirkət   bazarda hökmran mövqe tutan sahibkarların kontragentə sərfəli olmayan şərtləri məcburi qəbul etdirməsi və topdansatış zamanı alıcılar arasında bərabər şəraitin yaradılmamasıdır. Bu cür hallar isə rəqabətin məhdudlaşdırılmasına, digər sahibkarların və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxara bilər.

Təəssüf ki, istər “Norm”, istərsə də “Holcim”-in inhisarçıya çevrilməsində müvafiq dövlət strukturları həlledici rol oynayıblar. İndi bu şirkətlər qiymətdən tutmuş çəkiyə, keyfiyyətə qədər bütün parametrlər üzrə bazarda istədikləri oyunları çıxara bilirlər. Elə “Norm”-un “texniki səhvi” də bunun bariz göstəricisidir. Ortadakı mənzərə isə ondan ibarətdir ki, tikinti sektoru, sıravi vətəndaşlar, alıcılar və ümumilikdə ölkə iqtisadiyyatı həmin bu inhisarçılığın acı nəticələri ilə üz-üzə qalıb.

Uzun müddət bir-birilə rəqabət aparan bu şirkətlər eyni zamanda, bir növ birləşərək kiçik rəqiblərini asanlıqla və əlbirliyi ilə vurub bazardan çıxarıblar .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki