image-6e59963b-8b4b-3fd7-b792-ef2b2237bf1a_850backend

Norveç XİN Ukraynaya silah tədarükünün davam etdiyini açıqlayıb

image-reklam_sirab_01

Norveçin Xarici İşlər Nazirliyi Ukraynaya silah tədarükünün davam etdirildiyini açıqlayıb.

Bunu Norveçin Xarici İşlər Nazirliyinin dövlət katibi Eyvind Vad Petersson deyib.

“Oslo Ukraynaya silah tədarükünü davam etdirəcək”, – o qeyd edib.

Eyvind Vad Peterssonun sözlərinə görə, Ukrayna BMT Nizamnaməsinin normalarına tam uyğun hərəkət edir və Rusiya Federasiyasının başladığı müharibə Norveçin Ukraynaya silah və digər yardımlarla dəstək verməsi və bunu davam etdirməsinin əsas səbəbidir.

Bundan əvvəl Norveçin Ukrayna üçün sursat alınması üçün təxminən 19 milyon ABŞ dolları ayıracağı bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki