İngiltərə çempionatının 6-cı turunda “Nyukasl Yunayted” səfərdə “Şeffild Yunayted”i 8:0 hesabı ilə məğlub edib.
Vətəninfo.az xəbər verir ki, İngiltərə Premyer Liqası tarixində ilk dəfə bir matçda 8 fərqli futbolçu qol vurub.
Şon Lonqstaff, Den Byorn, Sven Botman, Kallum Uilson, Entoni Qordon, Migel Almiron, Bruno Gimarayş və Aleksandr İsak fərqləniblər.
8:0 hesabı “Nyukasl Yunayted”in Premyer Liqadakı rekordunun təkrarıdır.
1999-cu ildə “Nyukasl Yunayted” “Şeffild Uensdey”ə 8:0 hesabı ilə qalib gəlib.