Odlu silahdan atəş açılması nəticəsində həlak olan əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun nəşinin bu gün doğulduğu Beyləqan rayon Xələc kəndinə gətiriləcəyi bildirilir.
Mərhum sabah kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, bu barədə hərbi prokurorluq məlumat yayıb. Məlumat da bildirib:
“Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub”.