image-reklam-veteninfo
image-1backend

Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs saxlanıldı

image-reklam-veteninfo

Paytaxt sakinlərindən biri polisə müraciət edərək ona məxsus bank kartının oğurlandığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Nağıyev saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin bank kartını ələ keçirəndən sonra paytaxt ərazisində yerləşən geyim mağazalarından birində 576 manatlıq alış-veriş də edib.

Araşdırma aparılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki