Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon əlaqəsi saxlayıb.
Vətəninfo.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit tərəfindən verilən yazılı açıqlamaya görə, görüşdə Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyət müzakirə edilib.
Olaf Şolts söhbət zamanı Almaniyanın Avropa və beynəlxalq tərəfdaşlarla Ukraynaya hərbi dəstəyi daha da artıracağını bəyan edib. Almaniya kansleri həmçinin Ukraynanın müharibəni dam etdirməyə borclu olduğunu dilə gətirib.
Volodimir Zelenski “Leopard”ların verilməsi ilə bağlı qərara görə Almaniya kanslerinə minnətdarlığını bildirib.
İki lider konstruktiv məsləhətləşmələri və görüşləri davam etdirmək barədə razılığa gəliblər.