image-333705070_525916279453338_7402600223312980208_n_v1-thumbbackend

“Olaf Şolz öz müqəddaratını təyinetmə dedikdə anlaqlı olmayıb”-Arzuman Muradlı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Almaniyada Paşinyanla birgə mətbuat konfransında çıxış edən Almaniya kansleri Olaf Şolz bildirib ki, Almaniya öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü, o cümlədən regionda təhlükəsizliyin təmin edilməsi prinsipini dəstəkləyir. Onun sözlərinə görə, hazırda Aİ Şurasının sədri timaslında aparılır və Aİ ölkələri də Azərbaycan və Ermənistan arasında aparılan danışqların müsbət nəticələnməsi üçün səylər göstərir.
Olaf Şolzun “Almaniya öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü, o cümlədən regionda təhlükəsizliyin təmin edilməsi prinsipini dəstəkləyir” ifadəsini işlətməsi göstərir ki, Avropanın söz sahibi ölkələrindən olan Almaniyanın kansler səviyyəsində belə bir yanlış cümlədən istifadə etməsi, rəsmi Berlinin ikili maraqlarından irəli gəlir.

image-12
Siyasi ekspert Arzuman Muradlı Şolzun açıqlaması ilə bağlı Vətəninfo.az-a bildirib ki, 30 il Azərbaycan torpaqları işğalda olduğu dövürdə Almaniya başda olmaqla, Avropanın aparıcı ölkələri işğalçı ilə, işğala məruz qalan ölkə arasında davamlı ikili oyunlar oynayıb: “ Ötən 30 ildə biz bir kərə görmədik ki, bu ölkələr Ermənistanın işğalçılıq siyasətini pisləyən sərt bəyanatlar versinlər. Amma Azərbaycan isə istər ulu öndər Heydər Əliyevin dönəmində, istər Azərbaycan prezidenti İlham Əliyevin davamlı olaraq, beynəlxalq ictimayətə işğalçının cəzalandırılması ilə bağlı mövqeini görməzdən gəlirdi. Nəticə də 2020-ci ildə 44 günlük müharibə ilə Azərbaycan həm işğalda olan torpaqlarını azad etdi, eyni zamanda da torpaqlarında yardılmasına səy göstərilən ikinci erməni dövlətinə son qoydu”. Arzuman Muradlı qeyd edib ki, 44 günlük müharibədən və Ermənistanın təslimçilik aktını qəbul etməsindən sonra, cənab prezident İlham Əliyev bütün dünyaya bəyan etdi ki, Azərbaycan ərazisində hansısa münaqişəli ərazi yoxdu: “Eyni zamanda İlham Əliyev cənabları vurğuladı ki, Azərbaycan heç bir zaman öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Bununla bərabər hansısa status-kvodan, öz müqəddaratını təyin etmədən söhbət belə gedə bilməz. Azərbaycan vətəndaşlığını qəbul edən.onun qanunları ilə yaşamaq istəyən ermənilərin hüquqları, digər ölkə vətəndaşları kimi qorunacaq. Hansısa xüsusi statusun verilməsi mümkünsüzdür.. Görünür Olaf Şolz belə bir açıqlamanı verən zaman,müəyyən qədər anlaqsız olub”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki