image-reklam-veteninfo
image-1backend

Ölən şəxsin adından “PAŞA Bank”dan kredit götürülüb – İnanılmaz dələduzluq

image-reklam-veteninfo

Ölən şəxsin adından “PAŞA Bank”dan kredit götürən şəxs məsuliyyətə cəlb olunub.

Xitab24.az-ın məlumatına görə, 1990-cı il təvəllüdlü Rasim Məmmədov (ad-soyad şərtidir) 09 avqust 2021-ci il tarixdə vəfat etdiyini bildiyi Zamiq Zülfüqrovun “Asan İmza”sını ələ keçirib və bundan sonra bankın saytına daxil olaraq onlayn qaydada kredit üçün müraciət edib.

Həqiqətəuyğun olmayan məlumatlar əsasında yəni, mərhum Zamiq Zülfüqarovun adından saxta hesab olunan elektron ərizədən istifadə etməklə bankın “Landmark” şöbəsində ölən şəxsin adına açılmış hesaba 25.872 manat köçürülməsinə nail olub.

Bundan sonra Rasim həmin bank hesabından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla pul vəsaitlərini “etopaz” onlayn qanuni mərc saytında mövcud olan özünə məxsus hesabına köçürməklə və müxtəlif formalarda şəxsi məsrəflərinə sərf etməklə “PAŞA Bank”a xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Məhkəmənin qərarına əsasən, R.Məmmədov 8 ay 20 gün müddətinə azadlığı məhdudlaşdırılıb. Ali Məhkəmədə bank təqsirləndirilən şəxsin cəzasını yüngül hesab edərək kassasiya şikayəti verib.

Bank nümayəndəsi şikayətində qeyd edib ki, Rasimin qanunsuz hərəkətləri yalnız zərərçəkmiş şəxsin qanunla qorunan hüquq və mənafelərinə deyil, həm də dövlətin mənafeyinə və onun hüquqi

nüfuzuna qarşı yönəlib. Belə ki, o, vəfat etmiş şəxsə məxsus “Asan imza” sertifikatından qanunsuz istifadə etməklə, elektron idarəçilik və rəqəmsal identifikasiya sistemlərinin təhlükəsizliyi və etibarlılığına xələl gətirmiş, bu sahədə ictimai münasibətlərə etimadı zəiflədən əməl törətib.

Ali Məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, R.Məmmədov müstəqil şəkildə mühasibatlıqla məşğul olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki