image-333backend

“Oliqarxların payızı” və onalrın bəzilərinin toxunulmazlıq immuniteti…

image-reklam_sirab_01

Azərbaycanda sözün həqiqi mənasında “oliqarxların payızı” yaşanır. Artıq “köhnə qvardiya” sonuncu “yarpaqlarını” da tökür və demək olar ki, Azərbaycanda çoxdan “yeni era” başlanıb…

Heç kəsə sirr deyil ki, yüksək vəzifələrdə çalışanlar uzun illər boyu Azərbaycanda həm biznes, həm də siyasi-sosial şəbəkələr quraraq dövlətin daha da güclənməsinə və xalqın rifahının yüksəlməsinə mane olublar. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bu yüksək vəzifəli məmurlara xəbərdarlıq etsə də, onlar dövləti və xalqı talan etməklə yanaşı, həm də dövlət üçün təhlükəyə çevriliblər. Ancaq prezidentin son bir neçə ildə apardığı məqsədyönlü kadr siyasəti artıq onları dövləti talamaq “imtiyazından” kənarlaşdırıb. Lakin məsələ bu oliqarxların hakimiyyət resurslarından kənarlaşdırılması ilə bitmir. Oliqarxların talan etdiyi milyardlarca sərvət də dövlətə qaytarılmalı və xalqın rifahına sərf edilməlidir.

Çox təəssüf ki, bu sahədə işlər aparılsa da, oliqarxların bəziləri de-fakto ölkə biznesinin aparıcı siması olaraq qalmaqda davam edirlər və bu onları həm də siyasi təhlükəyə çevirir. Çünki əllərində olan resursları və imtiyazları itirənlər təbii müxalifətə çeviriri. Dövlətdən talanan sərvətlə biznes imtiyazlarını qoruyanlar arasında isə SOCAR-ın “sabiqləri” xüsusilə diqqət cəlb edir. “Köhnə qvardiya”ya aid olan bir çox oliqarxlar ölkənin siyasi həyatına təsir edə biləcək iqtisadi güclərini itirsələr də, SOCAR-ın “sabiqləri” haqqında demək mümkün deyil. SOCAR-ın iqtisadi gücə sahib olan “sabiqləri” mövzu olurkən ağla gələn ilk isim Mikayıl İsmayılov olur. Çünki keçmiş vitse-prezidentin iqtisadi gücü doğrudan öz miqyası ilə seçilir.

Mikayıl İsmayılov bu ölkənin qeyri-leqal milayraderlərdən biri olaraq bütün sərvətini tutduğu vəzifənin ona verdiyi sonsuz imtiyazlardan qazanıb və indi o, özünün iqtisadi resurları ilə həm də siyasi fiqur olaarq görünməyə başlayıb. Uzaqdan baxarkən bu belə görünməyə bilər. Ancaq qeyri-leqal yolla dövlətin resurslarının mənimsənilməsi vasitəsi ilə əldə olunan sərvət hər zaman siyasi təhlükə mənbəyidir.

Mikayıl İsmayılov 16 il Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə-təsərrüfat işləri üzrə vitse-prezidenti olub. Ondan əvvəl isə Bakı Neft Emalı zavodunun direktor müavini vəzifəsində çalışıb. Bəzi mənbələrin məlumatlara görə bu 16 il ərzində əlində olan dövlət vəsaitləri hesabına o, Bakı, İstanbul, Roma, London, Paris, Nyu-York, Varşava, Praqa, Tbilisi, Moskva və s. şəhərlərdə yüz milyonlarla dollarlıq yeni biznes şəbəkəsi qurub.

Bundan başqa mənbələrimiz bildirir ki, Mikayıl İsmayılovun qohumları hələ də SOCAR-da yüksək vəzilərdə çalışmaqdadırlar və təbii ki, onların vasitəsi ilə oliqarx hələ də SOCAR-ın maliyyə resurslarına çıxış əldə edə bilir. Mənbələrimiz qeyd edir ki, onun qohumları da SOCAR-ı sayəsində qeyri-leqal milyonerlər çeviriliblər. Onların cah-cəllalı imarətləri, dəyəri milyonlarla ölçülən maşın kolleksiyaları var. Bildirilir ki, Mikayıl İsmayılov SOCAR-ın bir çox idarələrinə nüfuz edə bilir və bu idarələrdən maliyyə vasitələri şübhəli istiqamətlərə yönəlir.

SOCAR-dan oğurlanmış milyonlarla dollar hesabına öz biznes imperiyasını qurmuş sabiq vitse-prezident isə hazırda bu imperiyanı inkişaf etdirir. O, digər bznesmenlər kimi sosial layihələrdə də iştirak etmir. Xeyriyyəçiliklə isə heç məşğul olmur.

Bütün bunların üzərinə təbii olaraq sual doğur: Dövlət öz oğurlanmış sərvətini Mikayıl İsmayılovdan və digər oliqarxlardan geri almalı deyilmi?..pia.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki