image-14471310871181863667backend

“Öz texnikası ilə düşmən vasitələrini ayırd edə bilməyən İran ordusu…” – Hərbi ekspert

image-reklam_sirab_01

“İranın bu günə qədər Azərbaycan ərazilərinin bir hissəsini hələ də işğal altında saxlayan və revanşizmdən əl çəkməyən Ermənistana hədiyyə etdiyi bu raketlər Azərbaycan qarşı istifadə etmək üçün nəzərdə tutulur. ” – Vətəninfo.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ekspert hesab edir ki, İranın bu xain əməlinin hesabı soruşulmalıdır.

“Xain və düşmən mövqeyindən əl çəkməyən İran rejiminin işğalçı ölkənin fərari ordusuna verdiyi silahlar birmənalı olaraq yenidən regionda gərginliyin yaranmasına xidmət edir. İran unutmamalıdır ki, işğalçı Ermənistanı silahlandıran ölkələrin hamısı bu gün silah bazarında olan qalan mövqelərindən də məhrum olurlar.”- deyə ekspert bildirib.

Ədalət Verdiyev bildirib ki,  müharibə aparmaq üçün tək silah əldə etmək yetərli deyil, bunun üçün ilk növbədə Silahlı Qüvvələrin Vətən sevgisi və yüksək döyüş ruhu olmalıdır.

“Belə sevgi və ruh yüksəkliyi isə nə fərari erməni ordusunda, nə də öz texnikası ilə düşmən vasitələrini ayırd edə bilməyən İran ordusunda yoxdur. Odur ki, İranın məğlub Ermənistanı silahlandırması, sonunda həm erməni tərəfinin növbəti insan və texnika itkilərini, həm də Bakıdakı Hərbi Qənimətlər Parkının yeni eksponatlarla zənginləşməsini təmin edəcək.”- deyə ekspert qeyd edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki