image-1backend

Pakistan İranı HƏDƏLƏDİ:  İranın müvəqqəti işlər vəkilindən hesabat tələb edildi

image-reklam_sirab_01

Vətəninfo.az “Əsr-e İran” saytına istinadən  xəbər verib ki, İranın Pakistan ərazisinə raket hücumundan sonra bu ölkənin Xarici İşlər Nazirliyi İran səfirliyinin müvəqqəti işlər vəkilini Pakistan XİN-ə çağırıb. Müvəqqəti işlər vəkilindən hücumla bağlı hesabat tələb edilib.
Məlumata görə, Pakistan XİN İran tərəfindən bu ölkənin hava məkanının pozulmasını qətiyyətlə pisləyib.
“Pakistanın suverenliyinin pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər”, – deyə, Pakistan XİN bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki