image-5555backend

Papa: LGBT-yə qarşı edilən hücumlar  günah və ədalətsizlikdir

image-reklam_sirab_01

Papa Birinci Fransisk bazar günü bəyan edib ki, LGBT-yə qarşı edilən hücumlar  günah və ədalətsizlikdir, çünki Allah LGBT icmasının nümayəndələrini sevir.

Vətəninfo.az xəbər verir ki, Francis the First Afrika səfərindən qayıdan zaman  təyyarədə jurnalistlərə deyib: “Homoseksuallığın kriminallaşdırılması göz ardı edilə bilməyən bir problemdir”.

Roma Papası həmçinin qeyd edib ki, 50 ölkə “bu və ya digər şəkildə” LGBT icmasının nümayəndələrini cinayət məsuliyyətinə cəlb edir, 10-a yaxın başqa ölkədə isə ölüm cəzasını nəzərdə tutan qanunlar var.

“Bu, doğru deyil. Homoseksuallar Allahın övladlarıdır. Allah onları sevir. Allah onlara yoldaşlıq edir… belə bir insanı qınamaq günahdır. Homoseksuallığın kriminallaşdırılması ədalətsizlikdir”, – deyə Papa bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki