image-eliyev-pasinyanbackend

Paşinyan Azərbaycana müharibə elan etdi: Ordumuz Zəngəzuru azad edəcək?

image-reklam_sirab_01

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana qarşı növbəti təxribata yol verib.

Paşinyan “Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” bəyanatından imtina edib.

O, bu gün “müstəqillik günü”nü qeyd edən separatçıları təbrik edib.

Onun bu addımı indiyə qədər aparılan sülh danışıqlarından birtərəfli qaydada imtina etməkdir. Paşinyan bu təxribatı ilə Azərbaycana qarşı rəsmən ərazi iddiası irəli sürüb.

Rəsmi Bakı Paşinyanın bu təxribatına cavab verməlidir. Azərbaycan suveren ərazisində böyük quruculuq işləri aparır, 30 ildir yurd-yuvasından didərgin düşənlər doğma el-obaya qayıdırlar.

Paşinyanın bu “təbriki” isə Azərbaycana müharibə elan etmək deməkdir. Deməli, azad olunmuş ərazilərdə aparılan işlər, oraya köçən vətəndaşların həyatı təhlükə qarşısındadır. Bu təhlükənin qarşısını almaq üçün isə mütləq real addım atılmalıdır.

Rəsmi Bakı quduz düşməndən özünü qorumaq, vətəndaşlarını qırğına verməmək üçün əməli addım atmağa məcbur ola bilər. Azərbaycanın qədim torpaqlarında bufer zonanın yaradılması mümkündür. Paşinyanın Azərbaycana qarşı ərazisi iddiasına, faktiki müharibə elan etməsinə cavab olaraq Azərbaycan ordusu Qərbi Azərbaycan ərazisinin bir hissəsini Ermənistanın işğalından xilas edə bilər. Çünki Ermənistan hakimiyyətinin təxribatları başqa variantı istisna edir. “Dəmir yumruq” olmasa, ermənilər sülhə gəlməyəcəklər.Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki