image-photo_191056backend

Paşinyan bir daha təkrar etdi: “Qarabağ Azərbaycan torpağıdır”

image-reklam_sirab_01

“Həm dünən, həm də bu gün beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edir”.

Vətəninfo.az  “Hraparaq”   nəşrinə istinadən xəbər verir ki,  bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirilən mətbuat konfransında səsləndirib.

“Ancaq bizə elə gəlib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi sadəcə kağız üzərində yazılmış mətnlərdir. Deməli, praqmatik olmamışıq”, deyə o, qeyd edib.

Bu o deməkdir ki, “beynəlxalq ictimaiyyət” Qarabağın Azərbaycan olduğuna inandığı üçün Ermənistan bununla razılaşmalıdır.

Yeri gəlmişkən, Paşinyan Qarabağın Azərbaycan torpağı olduğunu ilk dəfə səsləndirmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki