image-putin-pasinyanbackend

Paşinyan Rusiyaya necə xəyanət edir? – Putin İrəvana son mesajını verib

image-reklam_sirab_01

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevlə görüşündə bəyan edib ki, Moskvanın təqdim etdiyi təkliflər Azərbaycanla gələcək danışıqlar üçün əsas ola bilər.

Bu barədə bazar ertəsi Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilmiş üçtərəfli görüşünün nəticələrini, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini müzakirə ediblər.

Amma görünən odur ki, rəsmi İrəvan Rusiyanın danışıqlar prosesindəki rolunu araxa plana keçirdib. Bunu Nikol Paşinyanın və komandasının son zamanlar verdiyi açıqlamalar da bir daha sübut edir.

İkinci Qarabağ savaşında zəfərin ikinci ildönümü ərəfəsində postsavaş bölgəsində vəziyyət və ətrafındakı geosiyasi sityasiya gərgin və ziddiyyətli olaraq qalır.  Bu onu deməyə əsas vcerirdi ki. Rusiya bölgədə münaqişənin davam etməsində hələ də maraqlıdır. Və bu Rusiyanın siyasətinə uygun həyata keçirilir. Soçi görüşündə aydın oldu ki, Rusiya Qarabağ məsələsində rəsmi İrəvanı oyundankənar vəziyyətə salıb. Rusiya Ruben Vardanyanı Qarabağa transfer etməklə bölgədəki gərginliyi nəzarətdə saxlamaqda maraqlı idi. Rusiya buna qismən nail olmağı bacardı. Rəsmi Moskvanın bu addımı İrəvanı geri çəkilməyə vadar etdi. Görünən odur ki, hələ də Qarabağda erməni silahlıları qalır, Zəngəzur dəhlizi məsələsi düyünə düşüb, Qərb yenidən Cənubi Qafqazda fəallığını artırıb, Rusiya mövqelərini qorumaq üçün ölümünə dirənir, İran bu prosesin subyektinə çevrilməyə cəhd edir və bu fonda Ermənistanla Azərbaycan arasında sülh anlaşmasının yaxın perspektivdə imzalanacağına ümidlər azalır.

Amma bütün bunlara rəğmən rəsmi İrəvan Rusiyanın maraqlarına zidd olaraq sülh müqaviləsinin yaxın zamanda bağlanacağına dair siqnallar verir. Bu isə o deməkdir ki, rəsmi İrəvan Rusiyanın deyil, Qərbin çətiri altında bu müqaviləni bağlamağa maraqlıdır. Görünür yaxın zamanda bölgədə dəngələr dəyişəcək. Nələrin olacağına isə çox zaman qalmayıb.

Nahid Canbaxışlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image