image-reklam-veteninfo
image-1backend

Paşinyan və Makron Yelisey Sarayında görüşdü – əsas müzakirə mövzuları

image-reklam-veteninfo

Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında Parisdə, Yelisey Sarayında görüş keçirilib.

Vətəninfo.az xəbər verir ki, görüşdən əvvəl Paşinyanın rəsmi qarşılanma mərasimi təşkil olunub.

Emmanuel Makron Paşinyana ilk Beynəlxalq Kosmik Sammitdə iştirak etmək dəvətini qəbul etdiyinə görə təşəkkür edib. Fransa Prezidenti iki ölkə arasında strateji əməkdaşlıq haqqında bəyannaməyə uyğun olaraq, ikitərəfli münasibətlərin bütün istiqamətlərdə davamlı şəkildə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Nikol Paşinyan isə dəvətə və səmimi qonaqpərvərliyə görə Makrona təşəkkür edib. Ermənistanın kosmik sektor üzrə Fransa ilə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu bildirən baş nazir bu sahədə daha məzmunlu tərəfdaşlığın qurulmasının vacibliyini qeyd edib.

Görüşdə Ermənistan və Fransa arasında iqtisadi əməkdaşlıq da əsas müzakirə mövzularından biri olub.

Tərəflər iqtisadi sahənin iki ölkə arasında strateji tərəfdaşlığın prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar. Bu çərçivədə Ermənistan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl addımlar atdığı qeyd olunub.

Tərəflər Bərgüşat tunelində tikinti işlərinin əsas mərhələyə keçməsini də müzakirə ediblər.

Tikinti işlərinə mümkün qədər qısa müddətdə başlanmasının vacibliyi vurğulanıb.

Görüş zamanı regional vəziyyət və sülh prosesi də diqqət mərkəzində olub.

Tərəflər regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş addımların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Ermənistan-Fransa strateji tərəfdaşlığının müxtəlif sahələr üzrə inkişaf etdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, kosmik sahədə əməkdaşlığın dərinləşdirilməsi və regional sülh məsələləri ətrafında fikir mübadiləsi aparılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki