image-pedrobackend

Paşinyana danışıqları yenidən Avropaya daşımağa cəhd edə bilər

image-reklam_sirab_01

“Qeyd etmək yerinə düşər ki, danışıqlar bizim üçün istənilən nəticəni vermədi. Nikol Paşinyanın danışıqlardan əvvəl söylədiyi məqamlar əslində yekun bəyanatda öz əksini tapmayıb ki, bu da nəinki Paşinyanın danışıqlar mövqeyinin zəifliyinə (əvvəldən bəlli idi), həm də Putinin öz dinc modelini tətbiq edə bilməməsinə dəlalət edir”.

Vətəninfo.az xəbər verir ki.bu fikirləri erməni siyasətçi Avetik Çalabyan yayımlayıb. O bildiirb ki, Rusiyanın ümumi zəifliyini və Ukraynada davam edən müharibə kontekstində qüvvələrinin həddən artıq genişlənməsini nəzərə alsaq, bu, həm də qismən proqnozlaşdırıla bilən bir görüş idi: “Digər tərəfdən Azərbaycan prezidenti İlham Əliyev bu danışıqlara maksimalist mövqe ilə gəlib, ona görə “Artsax” artıq yoxdur və Ermənistan hələ də ona dəhliz borcludur. Yekun bəyanatdan belə nəticəyə gəlmək olar ki, İlham Əliyev sona qədər öz mövqeyini ortaya qoyub”. Avetik Çalabyan iddia edir ki, səsləndirilən bəyanat tərəfləri hansısa basqılardan xilas etməklə yanaşı,əslində onları heç nəyə məcbur etməyən belə bir açıqlama tərəfləri qane etdi: “Bu vəziyyətdə İlham Əliyev Ermənistan və “Artsax”a əlavə təzyiq göstərməyə çalışacaq, bu da istisna deyil ki, hərbi yolla”.

Erməni siyasətçi yenə də hansısa ölkənin arxasında gizlənə biləcəklərini də gizlətməyib və iddia edib ki,əgər Azərbaycan müharibə yoluna əl atarsa, əvvəlki eskalasiyadan fərqli olaraq, bu dəfə həm İrandan, həm də Rusiyadan daha sərt cavab ala bilər: “Ona görə də Ermənistan silahlı qüvvələrinin yeni zərbəyə hazır olması da nəzərə alınmaqla müharibənin uğur şansı azalıb”.

Avetik Çalabyan iddia edib ki, Paşinyana danışıqları yenidən Avropaya daşımağa cəhd edə bilər və bu, vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb ola bilər: “Yaxud əldə olunmuş qısamüddətli pauzadan Ermənistanın danışıqlarda mövqelərini daha da yaxşılaşdırmaq üçün istifadə etməyə cəhd edə bilər. Düzünü desəm, ikincinin də olmasını çox istərdim, çünki vaxt nəhayət bizim xeyrimizə işləməyə başlayıb”. Onun fikirlərinə görə, bu gün Xankəndindəki mitinqdən sonra, separatçı rejimdə müstəsna birlik əldə olunub: “Nəhayət Ermənistan ordusunda, Azərbaycan ordusunda kiçik, lakin müsbət dəyişikliklər baş verməyə başlayıb. Sentyabrdakı çirkin hərbi cinayətlərdən sonra Avropada reputasiyası əhəmiyyətli dərəcədə aşağı düşüb və Ərdoğan Türkiyədə dərinləşən iqtisadi böhran fonunda tədricən özünün yenidən seçilməsini təmin etmək kimi çətin işin içinə girəcək. Ancaq Paşinyan artıq dəfələrlə göstərdi ki, ən əlverişli situasiyalarda belə bunun tam əksini edir və öz səriştəsiz hərəkətləri ilə vəziyyətimizi daha da çətinləşdirir. Ona görə də bu dəfə biz öz maraqlarımıza uyğun addımları atmaqda daha qeyrətli və ardıcıl olmalıyıq: ümumerməni səfərbərliyi, ordunun gücləndirilməsi və yenidən silahlandırılmasın həyata keçirməliyik”.

Avetik Çalabyanın şovunis bir siyasətçi olduğunu diqqətə alsaq: onun  ‘Belə olan halda, ola bilsin, növbəti danışıqlarda daha sərfəli nəticəni qeyd edək’*demisı ondan xəbər verir ki, Ermənistan hələ də revanşist niyyətlərindən əl çəkməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki