image-4444backend

Paşinyandan SENSASİON AÇIQLAMA: Rusiya sülməramlıları Qarabağdan çıxsın

image-reklam_sirab_01
Paşinyan “Qarabağa və Laçın dəhlizinə BMT-nin və ya ATƏT-in faktaraşdırıcı missiyasının göndərilməsinin vacibliyi” haqda çıxış edib: BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə də İrəvan eyni tələblə çıxış etmişdi.
Bu istək beynəlxalq ictimaiyyəti Qarabağda praktiki addımlara cəlb etmək niyyətindən irəli gəlir. Çünki Xankəndi yolunda keçirilən aksiyanı Fransanın dəstəyi ilə BMT TŞ-nin müzakirəsinə çıxara bilsələr də, faktiki olaraq ümumi çağırışlardan başqa heç nəyə nail ola bilmədilər.
BMT, yaxud ATƏT Qarabağa faktaraşdırıcı missiya göndərə bilərmi?
Ermənistanın istəyi-tələbinə baxmayaraq, buna nail olması çətindir:
Birincisi, BMT-nin “faktaraşdırıcı missiya”, yaxud müşahidəçilərinin göndərilməsi məsələsi Təhlükəsizlik Şurasında yekdilliklə qəbul olunmalıdır: belə yekdil mövqenin tapılması problemlidir.
İkincisi, TŞ üzvü olan Rusiya buna qarşı mövqe sərgiləyə bilər: Qarabağda sülhməramlılarını yerləşdirən Moskva digər ölkələrin, yaxud təşkilatların proseslərə qoşulmasını bölgədəki maraqlarına müdaxilə olaraq görür.
Üçüncüsü, Qarabağa hansısa missiyanın göndərilməsi üçün Azərbaycanın razılıq verməsi lazımdır.
ATƏT-in proseslərə müdaxiləsi də bu kontekstdə mümkünsüz görünür, xüsusilə rəsmi Bakının icazəsinin həlledici amil olması fonunda.
Paşinyanın bu açıqlaması daha çox siyasi manevr xarakteri daşıyır: erməni ictimaiyyətində “baş verənlərə görə Rusiya günahkardır” və “Qarabağdakı ermənilər üçün əlimizdən gələni edirik” rəyini yaradır; eyni zamanda, Moskvaya “siz bacarmırsınızsa, üçüncü tərəfləri prosesə qoşa bilərik” mesajı verməklə rusların aksiyaya qarşı hərəkətə keçməsinə sövq etmək istəyir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki