Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Laçın dəhlizinin bağlanmasından danışıb. Vətəninfo.az xəbər verir ki, Paşinyan bu dəhlizin bağlanmasına görə Rusiyanı günahkar bilib.
Paşinyan vurğulayıb ki, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda sabitlik və təhlükəsizliyi təmin edə bilmirsə, sülhməramlılar oradan çıxarılmalıdır.
“İndiki halda sülhməramlılar öz missiyalarını yerinə yetirə bilmir. Bu isə vəziyyəti daha da gərginləşdirir” -deyə Paşinyan bildirib.