image-1663160667-pasinyan-768x403backend

Paşinyandan ŞOK AÇIQLAMA: KTMT-ni müharibəyə qoşa bilərik

image-reklam_sirab_01

“Detallı sülh sazişi bizə çətinliklər yarada bilər”, – bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da parlamentdə hökumət saatında deyib.

Vətəninfo.az xəbər verir ki, Paşinyan çərçivə sazişi modeli yanaşmasını, böyük konkretlik olmadan cızılan çərçivə sənədini nəzərdə tutduğunu sözlərinə əlavə edib.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistanın Azərbaycanla münasibətləri Qarabağ məsələsindən ayırmağa razılaşması heç də  İrəvanın Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarından imtinası anlamına gəlmir.

“Bu problemi həll ediriksə, əlbəttə, Ermənistan Respublikası Azərbaycanla ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında çərçivə sülh sazişini imzalamağa hazırdır . Amma bunlar alınmasa biz KTMT-ni müharibəyə qoşa bilərik.”, – Paşinyan vurğulayıb.

P.S. Paşinyan yenə nağıl danışıb. Nikol unudur ki, KTMT-də olan üzvlər  Azərbaycanın tərəfdaşı və qardaş olan dövlətlərdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki