image-fotojet-2023-04-03t114552-411backend

Paşinyanın oğlu Aşot İrəvanda döyüldü

image-reklam_sirab_01

İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücum edilib.

Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan özünün “Facebook” hesabında məlumat verib.

Alen Simonyan xatırladıb ki, bu, bir neçə gün əvvəl hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Vladimir Vardanyana edilən hücumun davamıdır.

“Baş verən hadisələrin izləri, əminəm ki, ölkəmizin hüdudlarından kənara çıxır və mütəşəkkil təxribatlardır. Buna gecikmədən hüquqi və siyasi reaksiya veriləcək”, – deyə Ermənistan parlamentinin spikeri yazıb.

Mənbə: News.am


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki