image-fb_img_1681044160004backend

Pekin İranın təbliğat qəhrəmanını necə bitirdi?

image-reklam_sirab_01

Bizim dindarları hədəf alan təbliğati materiallarda Səudiyyədə edam olunmuş Şeyx Nimr fiquruna xüsusi yer ayrılardı. Onun “pis Al Səud rejiminə” qarşı mübarizəsi haqda o qədər əfsanələr uydurulardı ki, nəyin gerçək, nəyin yalan olduğunu müəyyən etmək belə müşkülə çevrilirdi. Xüsusən 2018 ci il Gəncə hadisələri və ötən il siyasi islamçıların aclıq aksiyası zamanı onun barəsində balladalar çoxalmış, bizim aclıq qəhrəmanı Nimrə bənzədilməyə, “azəri Şeyx Nimr” haqda yeni əfsanələr yazılmağa başlanmışdı.

Bu ilin əvvəllərində isə SEPAH rəsmiləri Ər-Riyadı hədələyərək onların qarşısına yeni Şeyx Nimrlər çıxara biləcəklərini deyirdilər.

Pekinin vasitəçiliyi ilə Tehran -Ər Riyad anlaşmasından sonra əfsanədən imtina edilir, onun adı verilmiş küçələrdən “Nimr” yazılan lövhələr sökülür. Biz də elə bilirdik ki, oralarda ideoloji prinsipləri olan teokratik bir rejim var. Pekinin bir zəngi yetdi ki, merkantil rejim başqalarına aşıladığı ideoloji qəhrəman obrazından imtina etsin.

Xatırladım ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi terrorizm ittihamı ilə digər 46 nəfərlə birlikdə Şeyx Nimr Baqir əl-Nimrin də edam edildiyini rəsmən açıqlamışdı.

2011-ci ildə Səudiyyə Ərəbistanındakı şiə etirazlarının liderlərindən biri olan Nimr Qumda təhsil almışdı.

Edamdan sonra Məşhəd və Tehranda onun adı küçələrə verilmişdi. adını vermişdi. Amma hələ o zaman Xarici İşlər Nazirliyi buna etiraz etmiş, Tehran bələdiyyəsinə yazılı müraciət edərək küçənin adının dəyişdirilməsini ləğv edib, əvvəlki adı olan Bustanı geri qaytarmağa çağırmışdı.

(Məlumat “Tasnim” və “İran İnternational”ın materialları əsasında hazırlanıb)

Cəmaləddin Quluyev 

Xüsusi olaraq 

Veteninfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki