“Qış yaxınlaşdıqca Ukraynada hərbi əməliyyatlar xeyli səngiyəcək” – Vətəninfo.az xəbər verir ki,belə bir proqnozla Pentaqonun yüksək rütbəli nümayəndəsi brifinqdə çıxış edərək, Xersonun azad edilməsinin Ukrayna üçün mühüm nailiyyət olduğunu qeyd edib.
“Bizim hesablamalarımıza görə, rus qoşunları çayın şərq sahilinə doğru irəliləyərək müdafiə xətlərini yaradıblar və bununla da ərazinin xeyli hissəsini, o cümlədən Xerson şəhərini ukraynalılara veriblər”, – o deyib. Lakin Xerson şəhərinin azad edilməsi mühüm nailiyyətdir və Ukrayna xalqının və onun silahlı qüvvələrinin öz ölkəsinin müdafiəsi uğrunda mübarizədə dözümlülüyünün, qətiyyətinin və mətanətinin sübutudur”.
Eyni zamanda, ABŞ əmin edib ki, cəbhədəki vəziyyətdən asılı olmayaraq, dövlətlər Ukraynaya kömək etməkdə davam edəcəklər.
Xatırladaq ki , noyabrın 11-də Ukrayna qoşunları Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ilk günlərindən işğal olunmuş Xersona daxil olub.
Məlumdur ki, Dnepr çayının sağ sahilindən geri çəkilən ruslar Xerson və Nikolayev vilayətlərində körpüləri partladıblar.
Noyabrın 14- də Ukrayna prezidenti Vladimir Zelenski səfər üçün Xersona getdi .


























