image-331302713_591102085936821_6347851657417839529_nbackend

Pentaqondan çağırış: “İran və Rusiyaya qarşı beynəlxalq koalisiya yaradılmalıdır”

image-reklam_sirab_01
Pentaqonun yüksək rütbəli rəsmisi İran və Rusiya hökumətlərinin zərərli fəaliyyətlərinin qarşısını almaq üçün beynəlxalq koalisiya yaratmağa çağırıb.
Bu, İranın Fordo nüvə obyektlərində zənginləşdirilmiş uran hissəciklərinin aşkarlanması və İran-Rusiya hərbi əməkdaşlığının davam etdirilməsi ilə bağlı hesabatların dərci ilə eyni vaxtda baş tutub.
Vətəninfo.az xəbər verir ki, bu barədə fevralın 28-də ABŞ müdafiə nazirinin köməkçisinin müavini Dana Struel çağırış edib.
“Biz elə bir mərhələdəyik ki, İran hökumətinin təhdidləri artıq Yaxın Şərqlə məhdudlaşmır və beynəlxalq çağırış sayılır”,- o qeyd edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki