image-444backend

Pentaqondan Ermənistanı məyus edən qərar: Bu təlimdə erməni ordusu olmayacaq

image-reklam_sirab_01

ABŞ Müdafiə Nazirliyi Ermənistanı iki ay davam edəcək təlimlərə buraxmayıb. Vətəninfo.az xəbər verir ki, aprelin 22-də başlayacaq və iki ay davam edəcək,  on Avropa ölkəsinin ərazisini əhatə edəcək Defender 23 hərbi təlimlərinin keçiriləməsi ilə bağlı Ermənistanın iştirak üçün müraciəti rədd edilib.

İştirakçı ölkələrin ilkin siyahısına Ermənistan da daxil edilib.

Lakin bir qədər əvvəl yenilənmiş siyahı dərc olundu və orada Ermənistanın adı daha çəkilmir.

Bu təlimlərdə  ABŞ  başqa  olmaqla Albaniya,  Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya Defender 23 hərbi təlimlərində iştirak edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki