image-1backend

Pentaqonun rəhbəri öz işlərini xəstəxanadan idarə edir – Con Kirbi

image-reklam_sirab_01

Pentaqonun rəhbəri Lloyd Austin xəstəxanadanöz işlərini icra edir. Onu təqaüdə göndərmək planları yoxdur.

Vətəninfo.az  “RİA Novosti”yə istinadən verdiyi məlumata görə , bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“O, öz vəzifələrini tam yerinə yetirməyə davam edir, normal olaraq edəcəyi hər şeyi edir, ancaq bu işəri xəstəxanadan həyata keçirir” deyə Kirbi bildirib.

ABŞ-ın müdafiə naziri yanvarın 1-də adi tibbi müdaxilədən sonra yaranan fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilib. Pentaqonun rəhbəri daha əvvəl onun sağaldığına inandırıb.

Ostinin 70 yaşı var. O, 2021-ci ilin yanvarından Pentaqona rəhbərlik edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki