image-1backend

Peşə təhsili müəssisələrdə ən çox kadr çatışmazlığı olan İXTİSASLAR

image-reklam_sirab_01

Ötən il 283 nəfər ali təhsilli şəxs peşə təhsili almaq üçün müraciət edib, onlardan 37-si qəbul olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2023/2024–cü tədris ili üzrə tələbə qəbulunda ümumilikdə 37 nəfər ali təhsilli, 151 nəfər orta ixtisas təhsilli şəxs peşə təhsil müəssisələrinə qəbul olunub.

Ali təhsilli şəxslərin ən çox üz tutduğu ixtisaslar turizm və xidmət sahələridir. Ali təhsilli tələbələr arasında Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Dövlət Universiteti kimi nüfuzlu ali təhsil ocaqlarının məzunları da yer alır.

Qurumdan bildirilib ki, tədris aparılmalı olduğu üçün boş qalan yer olmur, lakin istədiyimiz keyfiyyətli tədrisin aparılmadığı məktəblər və ixtisaslar üzrə 200-ə yaxın yer var. Məlumata görə, ötən ilin ən çox boş qalan vakant yerləri qida sahəsi (aşpaz, qənnadıçı özəlliklə regionlarda), avtomobil, elektrik və dülgərlik ixtisasları üzrə olub.

Agentlikdən bildirilib ki, bu il ərzində keçirilən monitorinqlərin nəticəsi əsasında vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyən 11 şəxslə bağlı tədbir görülüb. Belə ki, 1 nəfərə şiddətli töhmət, 4 nəfərə töhmət verilib. 2 nəfərə şifahi, 3 nəfərə yazılı xəbərdarlıq edilib. 1 nəfərin məsələsi isə hüquqi qiymətin verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.

Peşə təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarının vaxtı da açıqlanıb. Bildirilib ki, prosesin iyul-avqust aylarında reallaşacağı gözlənilir.

“Müəllimlərin işə qəbulu imtahanlarına peşə təhsili müəssisələrindən 900-ə yaxın ixtisas fənn müəllimi və istehsalat təlim ustası vakant yerinin təqdim ediləcəyi gözlənilir” – “Azərbaycan müəllim”nə verilən məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki