Vətəninfo.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya Ermənistanla konstruktiv münasibətləri qiymətləndirir, lakin baş nazir Nikol Paşinyanın Rusiyanın sülhməramlı missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşa bilmir.
Qeyd edək ki, Paşinyan İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verərək, xüsusilə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ iqtisadi zonasındakı Xankəndi şəhərində yerləşən sülhməramlı missiyasını yerinə yetirmədiyini və Rusiyanın özünün regionu tərk etdiyini bəyan etmişdi: “Biz baş nazir Paşinyana dərin hörmət bəsləyirik, onunla prezident Putin arasında işgüzar və çox konstruktiv münasibətləri yüksək qiymətləndiririk və ümid edirik ki, bu münasibətlər bundan sonra da iki ölkə arasında sıx əməkdaşlığın təminatı olacaq. Amma biz Nikol Paşinyanın bu tezisləri ilə razılaşa bilmərik. Rusiya bu regionun tam tərkib hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”, – Peskov bildirib.
Dimitri Peskov Nikol Paşinyanı eyni zamanda üstüörtülü şəkildə Rusiya axışaraq bu ölkədə məskunlaşmış ermənilərlə də hədələyib: “Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını” unutmamağı cənab baş nazirə xatırlatmaq istəyirəm. Onların əksəriyyəti Rusiya Federasiyasının vətənpərvər vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfələr verir”.
Peskov Paşinyana bu açıqlaması ilə “Əgər bir qədər də həddini aşsan, məhz bu insanları Ermənistana geri göndərməklə,səni cəzalandırarıq”mesajı vermək istədiyi açıq şəkildə görünməkdədir.


























