image-peskov-dmitribackend

Peskov Qriqoryanı təxribatçı adlandırdı

image-reklam_sirab_01

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarını təxribat xarakterli hesab edir.

Peskov Qriqoryanın açıqlamalarının reallığa uyğun gəlmədiyini bildirib:
“Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinə təqdim etməyib”.
Qeyd edək ki, A. Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın Rusiya-Belarus ittifaq dövlətinə qoşulması və öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün Moskvanın İrəvana müxtəlif vasitələrlə təzyiq etdiyini bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki