image-defaultbackend

Peskov :Rusiya, Ermənistan və Azərbaycanın Qarabağla bağlı razılaşmalarının alternativi yoxdur

image-reklam_sirab_01

“Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli razılaşmalardan başqa Qarabağda vəziyyətin nizamlanması üçün başqa hüquqi əsaslar yoxdur” –Vətəninfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə açıqlamasında bildirib.

“İki ölkə  Ermənistan və Azərbaycan arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı, ilk növbədə, təbii ki, bu prinsiplər əsasında mümkündür. Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək başqa hüquqi əsaslar hələ yoxdur”, – deyə Peskov bildirib.

O qeyd edib ki, bu üçtərəfli sənədlərin hələ də alternativi yoxdur.

“Təbii ki, bu əsasda nizamlanmaya kömək edə biləcək istənilən yardım alqışlanır. Amma biz onu da bilirik ki, nizamlanmanın təməllərini sarsıdan müxtəlif cəhdlər var ki, bu da gələcəkdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci işdən gedir”, – Rusiya prezidentinin mətbuat katibi əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki