İran prezidenti Məsud Pezeşkian ABŞ ilə mümkün razılaşmaların icrasının hər iki tərəfin öhdəliklərinə əməl etməsindən asılı olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Pezeşkian bununla bağlı, “X” hesabında paylaşım edərək yazıb:
“Qarşılıqlı anlaşma iki tərəfli bir yoldur. Amerika tərəfi razılaşmaya əməl edərsə, biz də öhdəliklərimizi yerinə yetirəcəyik.
Ağılsız meydanoxumalar və əsassız təhdidlərə qarşı yanaşmamız qərar qəbuletmədə rasionallığa və insan ləyaqətinə söykənən və hərəkətə keçərkən qətiyyətlə və qorxmadan müdafiə etməkdir”.


























