Dünən İran prezidenti Məsud Pezeşkian “Fox News” kanalına müsahibəsində Tehranın nüvə silahı hazırlamaq niyyətində olmadığını bildirib.
Vətəninfo.az xəbər verir ki, Pezeşkian qeyd edib ki, İranın mərhum ali rəhbəri Əli Xameneyi dəfələrlə dini fətvaya əsasən kütləvi qırğın silahlarına sahib olmağın qadağan edildiyini bəyan edib.
İranın uranı 60 faizədək zənginləşdirməsinə nə üçün ehtiyac olduğu barədə suala cavab verən dövlət başçısı Tehranının mövcud ehtiyatların həcmini azaltmağa hazır olduğunu bildirib. O, beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərində yoxlamalar aparmasına icazə verilə biləcəyini deyib.
“Biz miqdarı azaltmağa hazır olduğumuzu bildirmişik. Burada mürəkkəb heç nə yoxdur. Biz yoxlamalara imkan yaratmağa hazırıq”, – deyə prezident bildirib.


























