İran Prezidenti Məsud Pezeşkian ölkəsinin müharibənin əleyhinə olduğunu, lakin təcavüzə qarşı müqaviməti davam etdirəcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Pezeşkian bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“İran İslam Respublikası hər zaman müharibənin əleyhinə olub və xalqın maraqlarının, eləcə də bölgənin təhlükəsizliyinin müharibə və qarşıdurmadan uzaq durmaqda olduğunu bəyan edib”, – deyə prezident qeyd edib.
Pezeşkian bildirib ki, İran bundan əvvəl olduğu kimi, təcavüz qarşısında özünü müdafiə etməkdə davam edəcək:
“İran bu günə qədər təcavüz qarşısında cəsarətlə müdafiəyə qalxdığı kimi, təcavüzkarlar tamamilə peşman olana qədər müqavimətini qətiyyətlə davam etdirəcək və böyük İran xalqının hüquqlarını müdafiə edəcək”.


























