İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın çıxışının onun BMT Baş Assambleyasındakı nitqinə təsir etdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Pezeşkian qeyd edib ki, Nyu-Yorka səfəri zamanı Trampın çıxışı barədə ona məlumat verilib.
“Dediyi sözlər elə özünə yaraşan sözlər idi. Nəticədə bu, bizim düşüncə tərzimizi və ona necə cavab verməli olduğumuz barədə fikrimizi müəyyən dərəcədə dəyişdi”, – İran Prezidenti deyib.
Pezeşkianın sözlərinə görə, yaranmış vəziyyət fonunda İranın mövqeyini, yolunu, inanc və əqidəsini BMT Baş Assambleyasının tribunasında aydın şəkildə müdafiə etmək qərarına gəliblər.
“İranımızı, yolumuzu, inanc və əqidəmizi aydın şəkildə müdafiə etdik və bəyan etdik”, – deyə Pezeşkian vurğulayıb.


























