Suriyada “Sülh çeşməsi” əməliyyatı ilə terrordan təmizlənən Tel Abyad rayonunda separatçı terror təşkilatı PKK/YPG-nin həyata keçirdiyi hücumda 1 mülki vətəndaş ölüb, 2 mülki şəxs yaralanıb.
Rakkanın şimalında terror təşkilatı PKK/YPG işğal altındakı Ayn İsa qəsəbəsindən Tel Abyadın cənubundakı Salihiyə kəndinə qurudan- quruya silahlarla hücum edib.
İlkin məlumata görə, hücum nəticəsində 1 mülki şəxs ölüb, 2 mülki şəxs yaralanıb.
Tel Abyad rayonu 2019-cu ilin oktyabrında Türkiyenin “Sülh çeşməsi” əməliyyatı ilə PKK/YPG-dən təmizlənib.
“Sülh çeşməsi” əməliyyatı bölgəsinə tez-tez soxulmağa cəhd edən PKK/YPG terrorçuları bölgədəki mülki əhalinin evlərini də raket zərbələri ilə hədəfə alır.