image-1675749206_241036-780x470backend

PKK-dan xain hücum: Terror təşkilatı zəlzələdən istifadə ETDİ  

image-reklam_sirab_01

PKK terror təşkilatı zəlzələni fürsət bilərək Türkiyə sərhədlərinə hücum etməyə cəhd göstərib.

Vətəninfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“PKK/YPG terror təşkilatı zəlzələni fürsət bilərək Tel Rıfatdan Öncüpınar sərhəd postunun məsuliyyət zonasına alçq hücum gerçəkləşdirib və artıqlaması ilə cavab verilib”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki