image-poqbabackend

Pol Poqba dopinq qəbul edib

image-reklam_sirab_01

Turin “Yuventus”unun 30 yaşlı fransalı yarımmüdafiəçisi Pol Poqbanın cari İtaliya çempionatının açılış turunda “Udineze” ilə oyundan sonra dopinq testi müsbət çıxıb. Vətəninfo.az xəbər verir ki, bu barədə  İtaliyanın La Gazzetta dello Sport məlumat yayıb. “Yuventus” 3:0 hesabı ilə qalib gəlib.

Poqbanın qanında normaldan əhəmiyyətli dərəcədə yüksək testosteron tapılıb.

Görüş avqustun 20-də baş tutub. Poqba ehtiyat oyunçular skamyasında qaldı.

Cari mövsümdə Poqba iki matçda iştirak edərək 52 dəqiqə keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki