image-63da13bb5da3dbackend

Polşa  Qərbi necə aldadır? Rusiya şirkəti fakt açıqladı

image-reklam_sirab_01

Polşa hələdə Rusiyadan neft alır. Vətəninfo.az  xəbər verir ki bu barədə Rusiyanın neft boru kəməri operatoru Transneft məlumat yayıb.

“Fevral ayında Qazaxıstandan Almaniyaya 20 min ton neftin ixracına dair lazımlı işlər tamamlanıb. Sözügedən miqdarda neft Drujba neft kəməri ilə Almaniyaya çatdırılacaq. Hazırda proses Qazaxıstan tərəfinin təşəbbüsü ilə gedir. Polşa isə Rusiya neftini almağa davam edir. Yanvar ayında bu ölkə 500 min ton Rusiya neftini idxal edib”.

Qeyd edək ki, Avrozona ölkələri Ukrayna müharibəsi səbəbindən satın aldıqları Rusiya neftinin miqdarını azaltmağa çalışırlar. Həmin çərçivədə Rusiyanın enerji sektoruna müxtəlif sanksiyalar tətbiq edilir. Drujba neft kəməri isə sanksiyalar siyahısından çıxarılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki