image-45backend

Polşa Rusiya ilə sərhəddə elektron sədd çəkməyə başlayır

image-reklam_sirab_01

Polşa 2023-cü ilin  mart ayında Rusiyanın Kalininqrad vilayətinin sərhədində elektron sədd çəkməyə başlayacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə Polşa radiosuna  ölkənin sərhəd mühafizə xidmətinin mətbuat katibi Anna Mixalska bildirib.

Onun sözlərinə görə, podratçı şirkət  hazırda layihənin hazırlanması ilə məşğuldur və bu layihə sərhədçilərin təsdiqinə təqdim olunacaq. Baryer quru sərhədinin 200 kilometrini tutacaq. Mixalska qeyd edib ki, o, cihaz və kamera sistemlərinə malik olacaq, bunun sayəsində orada olmağa ehtiyac olmadan sərhədə daim nəzarət ediləcək.

“Bunun sayəsində zabitlər sərhəd qoşunlarının qərargahında sərhədi mühafizə edə biləcəklər. Məlumat monitorinq sistemlərindən göndəriləcək və bu bildirişlərin alqoritmləri elə qurulacaq ki, sərhədçi həqiqətən sərhədi keçməyə heyvanlar deyil, insanlar cəhd etdiyi hallarda reaksiya verə bilsin”. deyə Anna Mixalska bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki