Polşanın müdafiə naziri Vladislav Kosyniak-Kamış jurnalistlərə bildirib ki, Polşa 2022-ci ilin fevral ayından bəri Kiyevə 16,4 milyard zlotı (təxminən 4,5 milyard dollar) dəyərində silah və hərbi texnika təhvil verib.
Vətəninfo.az xəbər verir ki, nazirin təqdimatına görə, 14,9 milyard zloti (4,1 milyard dollar) məbləğində tranşların əsas hissəsi 2022-2023-cü illərdə “Qanun və Ədalət” partiyasının hakimiyyəti dövründə Ukrayna Silahlı Qüvvələrinə köçürülüb. Nazir qeyd edib ki, respublikanın hazırkı hakimiyyəti Ukraynaya 1,5 milyard zloti (0,4 milyard dollar) məbləğində hərbi yardım köçürüb.
O, həmçinin Varşavanın həqiqətən də Kiyevə Patriot raketlərini təhvil verdiyini təsdiqləyib. “Alyansın baş katibinin və ABŞ-ın Avropa Komandanlığının təklifi və xahişi ilə [Patriot sistemi] istifadəçi qrupu ilə məsləhətləşmələrdən sonra Patriot raketlərinin [Kiyevə] təhvil verilməsi barədə qərar qəbul edilib. Təhvil verilən miqdar imkanlarımızın həddini aşmır və Polşa hava hücumundan müdafiə potensialına təsir göstərmir”, – deyə Kosyniak-Kamış bildirib.


























