image-1118657backend

Polşada ukraynalı qaçqınlar üçün böyük qəbul mərkəzi bağlanıb

image-reklam_sirab_01

Polşada Varşava yaxınlığındakı Nadarzin şəhərində 300 ukraynalının qaldığı Ptak Expo ticarət mərkəzində böyük bir qaçqın qəbulu mərkəzi bağlanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Gazeta Wyborcza” məlumat yayıb.

Yerli hakimiyyət ticarət kompleksinin nəhəng ərazilərindən qaçqınların saxlanması üçün istifadə edilməsinin səmərəsiz olduğunu, sonunculara isə mərkəzin bağlanması ilə bağlı xəbərdarlıq edilmədiyini izah edib.

Nadarzin və Varşavanın daxil olduğu Masoviya Voyevodalığının rəhbərliyi bildirib ki, 300 qaçqından bəziləri daha kiçik mərkəzlərə köçüb, digərləri yerli hakimiyyət orqanlarının himayəsindədir, qalanları isə özbaşına mənzil tapmaq qərarına gəliblər.

Qərarın Varşava meriyası ilə razılaşdırılmadığı qeyd edilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki