image-999backend

Polşanın baş naziri: Almaniya Ukraynaya lazım olan bütün silahları göndərməlidir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Polşanın baş naziri Mateusz Morawiecki deyib ki, Almaniya Ukraynaya lazım olan bütün silahları, o cümlədən tankları göndərməlidir.

“Mən Almaniya hökumətini qətiyyətli addımlar atmağa çağırıram. Hər cür silahların çatdırılması vacibdir. Tanklar anbarlarda qalmamalı, onlar Ukraynaya verilməlidir”.-deyə Polşanın baş naziri Mateusz Morawiecki bildirib.

Ötən həftə  Polşa prezidenti Anjey Duda geniş beynəlxalq koalisiyanın tərkibində Leopard tanklarını Ukraynaya vermək qərarını açıqladı. Lakin Almaniya istehsalı olan tankların təhvil verilməsi üçün hələ də Ukraynaya hücum silahlarının göndərilməsinə qarşı çıxan Olaf Şolz hökumətinin razılığı lazımdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki