image-bez-nazvaniya-5backend

Polşanın baş naziri “Patriot” komplekslərinin Ukraynaya verilməsinə çağırıb

image-reklam_sirab_01

Polşanın baş naziri Mateuş Moravetski növbəti dəfə Almaniyanın Ukraynaya təklif etdiyi “Patriot” zenit-raket komplekslərinin təhvil verilməsinə çağırıb.

Vətəninfo.az xəbər verir ki, baş nazir bildirib ki, Polşaya verilən dəstək, həm də Ukraynaya verilən dəstəkdir.

Noyabrın 21-də Almaniya səmanı qorumaq üçün “Patriot” raket əleyhinə müdafiə sistemini Polşaya təhvil verməyi təklif edib.

Əvvəlcə Polşa hökuməti bu təklifi qəbul etsə də, sonradan onların Ukraynaya verilməsi təklifi yaranıb və baş nazir  Moravetski bu fikri dəstəkləyib.

Almaniyanın Müdafiə Nazirliyi bunu NATO üzvü olan ölkələrlə müzakirə etməyi təklif edib . Eyni zamanda, alyansın baş katibi Yens Stoltenberq belə bir qərarın onların təsdiqini tələb etmədiyini bildirib .

Polşanın Milli Müdafiə Nazirliyi inanır ki , ukraynalı hərbçilər Patriot sistemləri ilə işləməyi çox tez öyrənə biləcəklər .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki