Vətəninfo.az xəbər verir ki, Polşanın Wiadomosci nəşrinin məlumatına görə, Rusiyanın Ukraynaya gecə hücumu zamanı Polşada güclü partlayış baş verib və naməlum obyekt düşüb.
Lüblin voyevodalığındakı bir sahədə diametri təxminən 10 metr olan krater və naməlum obyektin qalıqları aşkar edilib. Zərbə yeri ən yaxın binalardan təxminən 2 kilometr məsafədədir. Təcili yardım xidmətləri hadisə yerində işləyir.


























