image-downloadbackend

Polşaya düşən raket dünyanı ayağa qaldırdı! NATO bu gün təcili toplantı keçirir

image-reklam_sirab_01
Ötən gecə Polşanın Ukrayna ilə sərhədində yerləşən kəndə raketin düşməsi nəticəsində iki nəfər ölüb. Raketin Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya tərəfindən buraxılmış ola biləcəyi iddiası dünyanı gündəmə gətirib. Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında raketin onlar tərəfindən atılmadığı deyilir. Amma buna baxmayaraq  NATO üzvü olan Polşada hökumət prosesi araşdırmaya davam etdiyini və sayıq olduğunu açıqlayıb. NATO son hadisələri müzakirə etmək üçün bu gün təcili toplaşacaq.

Polşa  hökumətinin  sözçüsü Piotr Müller Twitter hesabında “Baş nazir Morawiecki Milli Təhlükəsizlik Komitəsini təcili toplantıya çağırıb” deyə bildirib. Görüşün Polşa prezidenti Anjey Duda ilə məsləhətləşdikdən sonra keçirildiyini bildirən Müller, hazırda görüşün mövzusu ilə bağlı hər hansı məlumat verə bilməyəcəyini,  ictimaiyyəti məlumatlandıra biləcəklərini bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki