image-lacin-aksiyabackend

Poqosyandan Laçın yoluna hərbi müdaxilə çağırışı – Təxribata hazırlıq gedir?

image-reklam_sirab_01

Ermənistanda azərbaycanlı fəalların Laçın yolunda keçirdiyi aksiyaya fiziki müdaxilə çağırışları edilir.

Vətəninfo.az xəbər verir ki, “İnsan inkişafı mərkəzi”nin sədri, ekspert Tevan Poqosyan Ermənistanın Laçın yoluna müdaxilə etməsinin vacibliyi iddiasını irəli sürüb.

Onun fikrincə, Ermənistanın iki yolu var: “Ya qlobal təzyiq dalğası ilə Azərbaycanı məcbur etməliyik ki, ekoloqların aksiyasını özü dayandırsın. Ya da 1992-ci ildə olduğu kimi özümüz bunu etməliyik”.

Erməni ekspert 1992-ci il ssenarisi deyəndə hərbi müdaxiləni nəzərdə tutur.

Ermənistan hazırda Fransanın dəstəyi ilə Azərbaycana qarşı beynəlxalq təzyiq dalğasını formalaşdırmağa cəhd edir. Lakin bu cəhdlər heç bir nəticə verməyib. Hərbi müdaxilə ehtimalı zəifdir, çünki Ermənistanın belə bir gücü yoxdur. Lakin “mülki erməni”lərin aksiyanın keçirildiyi əraziyə basqın etməsi, təxribatlar törətməsi ssenarisi istisna deyil.Publika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki