image-rusiya-iran-1backend

Prays: “İran-Rusiya hərbi əməkdaşlığınln qarşısı alınacaq”

image-reklam_sirab_01

ABŞ administrasiyası İran və Rusiya arasında hərbi-texniki əməkdaşlığın qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır.

Vətəninfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

“Rusiya ilə İran arasında təhlükəsizlik, hərbi sahədə sıx tərəfdaşlıq mövcuddur. İran Rusiyaya lazım olan hərbi yardımın ən mühüm təchizatçısına çevrilib. Biz buna görə İranı məsuliyyətə cəlb etmək üçün mövcud olan bütün müvafiq alətlərdən istifadə edəcəyik”, – deyə Prays bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki