image-1683285426_xocabackend

Prezident Füzuli rayonunda bir sıra obyektlərin təməlini qoyub

image-reklam_sirab_01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd və Füzuli rayonlarına səfər ediblər.

Vətəninfo.az xəbər verir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hadrut qəsəbəsində İnzibati Mərkəzin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin, Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

Səfər zamanı Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər. Dövlət başçısı həmçinin, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub.

Səfər zamanı dövlət başçısı və Birinci xanım Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə tikilən məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident həmçinin, “Azərişıq” ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışını edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Füzuli yaşayış kompleksində aparılan inşaat işləri ilə də tanış olublar. Dövlət başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışını da edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki